DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

08.08.2007

Quba şəhər sakini Vaqif Əhmədov 0,087 qram heroini könüllü olaraq polisə təhvil vermişdir. Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni ona satmış şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Yəhyayev tutulmuş, ondan 0,361 qram heroin götürülmüşdür. Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakinləri, əvvəllər məhkum olunmuş Şahbaz Cavadovdan 0,218 qram heroin götürülmüşdür. Narkotik vasitəni ona satmış həmyerlisi Tariyel Əliyev tutulmuş, əvvəllər məhkum olunmuş Rövşən Həmidovdan 0,24 qram heroin götürülmüş, narkotik vasitəni ona satmış həmyerlisi Zaur Fətullayev tutulmuşdur. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Cəlilabad RPŞ əməkdaşları Cəfərli kənd sakini Ruslan Məmmədovdan 1 qram heroin, evinə baxış zamanı əlavə olaraq 0,748 qram heroin və 1 ədəd gecəgörmə cihazı aşkar edilərək götürülmüşdür.