DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

07.08.2007

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Biləsuvar RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Feyruz Allahyarov 2 kiloqram həşişi satarkən tutulmuşdur. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nizami RPİ 23-cü PB əməkdaşları Bakı şəhər sakini Ramil Şaşayevdən 7,29 qram marixuana götürmüşlər.