Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xuliqanlıq etmiş Ələt qəsəbə sakini İlqar Qələmov saxlanılmışdır

26.02.2016

Fevralın 24-də Qaradağ rayonunun Ələt qəsəbəsində qəsəbə sakini İlqar Qələmov xuliqanlıq zəminində həmyerliləri Vüqar Paşayevə məxsus dönərxananın və Əhəd Niyazova məxsus “Mersedes” markalı avtomobilin şüşələrini sındırmışdır.
Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Qələmov saxlanılmış, onun yüngül dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilmişdir.