Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Səbail rayonunun Neftçilər prospektində yol-nəqliyyat hadisəsi törətmiş Asəf Məmmədbəyov tutulmuşdur

06.08.2007

Avqustun 2-də Səbail rayonunun Neftçilər prospektində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Sənan Əliyev və Lerik rayon sakini Mahir Rəhimov vurulmuşlar. Nəticədə M.Rəhimov hadisə yerində ölmüş, xəsarət almış S.Əliyev isə xəstəxanaya yerləşdirilmişdir. Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş "BMW" markalı avtomaşının sürücüsü, Bakı şəhər sakini Asəf Məmmədbəyov tutulmuşdur.