DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

06.08.2007

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Qaflan Məmmədovdan 2 kiloqram 196 qram marixuana götürülmüşdür. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Azər Ələkbərovdan 0,209 qram heroin götürülmüşdür. Narkotik vasitəni ona satmış həmyerlisi, əvvəllər məhkum olunmuş Cavid Ağayerdiyev tutulmuş, onun evinə baxış zamanı 5,09 qram tiryək və 0,212 qram heroin götürülmüşdür. Kəpəz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədovdan 25,6 qram marixuana götürülmüşdür.