DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Şamaxı rayonunun Zarxı kəndində yol-nəqliyyat hadisəsi

03.08.2007

Saat 15.05 radələrində Şamaxı rayonunun Zarxı kəndində Ağdaş rayon sakini Seymur Xudiyevin idarə etdiyi "VAZ-21120" markalı və Ağsu rayon sakini Yadigar Səlimovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə S.Xudiyevin sərnişini, Ağdaş rayon sakini Pərviz Xəlilov və Y.Səlimovun sərnişini, Ağsu rayon sakini Təbiət Hüseynov hadisə yerində ölmüş, xəsarət almış S.Xudiyev və digər sərnişinləri, Ağdaş rayon sakinləri Gümrah Yusifov, Nurlan Nəzərov, Təvəkkül Yusifov, Ağsu rayon sakinləri Mətanət Quliyeva, Rahim Quliyev isə xəstəxanaya yerləşdirilmişlər. Şamaxı RPŞ tərəfindən araşdırmalar aparılır.