Ucar rayonunun Quləbənd kəndində yol-nəqliyyat hadisəsi
03.08.2007Avqustun 4-də saat 01.10 radələrində Ucar rayonunun Quləbənd kəndində Gürcüstan vətəndaşı Revaz Beradzenin idarə etdiyi "İveko" markalı və Gədəbəy rayon sakini Əli Abbasovun idarə etdiyi "İkarus" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə Ə.Abbasovun sərnişini, 45-50 yaşlı kişi hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinlər, Gəncə şəhər sakinləri Mətanət Hüseynova, Azər Əlizadə və Azər Sarıyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar. Ucar RPŞ tərəfindən araşdırmalar aparılır.