Əli Bayramlı şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində yol-nəqliyyat hadisəsi
02.08.2007Saat 09.10 radələrində Əli Bayramlı şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində Salyan rayon sakini Xandədə Abdullayev "VAZ-2106" markalı avtomaşını idarə edərkən qəsəbə sakinləri Qızbəst İbadova və onun nəvəsi, 2003-cü il təvəllüdlü Emini vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Q.İbadova və Emin orada ölmüşlər. Əli Bayramlı ŞPŞ tərəfindən araşdırmalar aparılır.