Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi
02.08.2007İyulun 28-də Cəlilabad rayonunda, rayon sakini Azad Musayev "VAZ-21011" markalı avtomaşını idarə edərkən həmyerlisi Adil Səlimovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Səlimov avqustun 2-də orada ölmüşdür. Cəlilabad RPŞ tərəfindən araşdırmalar aparılır.