DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, yabanı halda bitmiş çətənə kolları məhv edilmişdir

02.08.2007

Gəncə ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitə satdığı üçün tutulmuş Gədəbəy rayon sakini Eldar İbrahimovdan 2,08 qram həşiş götürülmüşdür. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Əzizbəyov RPİ 1-ci PB əməkdaşları Bakı şəhər sakini Ceyhun Cavadovdan 0,374 qram heroin, Nərimanov RPİ 16-cı PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Arzuman İmanovdan 0,235 qram heroin, Qazax RPŞ əməkdaşları Kosalar kənd sakini, əvvəllər məhkum olunmuş Rövşən Hüseynovdan 0,223 qram heroin, Salyan RPŞ əməkdaşları rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Rövşən Qasımovdan 1,852 qram, Allahverdi Hüseynovdan isə 1,564 qram tiryək götürmüşlər. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xocalı RPŞ əməkdaşları Goranboy rayonunun Aşağı Ağcakənd kəndində 4 hektar sahədən yabanı halda bitmiş çəkisi 2850 kiloqram olan 2757 ədəd çətənə kollarını yığaraq məhv etmişlər.