DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Ə.Rəcəbli küçəsində inşa edilən binanda beton tökülərkən taxta qəliblərin uçması nəticəsində bir nəfər ölmüş, iki nəfər xəsarət almışdır

01.08.2007

Saat 19.00 radələrində Nərimanov rayonu Ə.Rəcəbli küçəsində Bakı şəhər sakini Ayaz Nəcəfova məxsus fərdi sahibkarlıq üçün inşa edilən binanın 3-cü mərtəbəsində beton tökülərkən taxta qəliblər uçmuşdur. Nəticədə orada işləyən fəhlələr, Füzuli rayon sakini Eldar Əliyev hadisə yerində ölmüş, xəsarət almış Zəngilan rayon sakini Əli Əliyev və İsmayıllı rayon sakini Amil Muradova isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar. Araşdırmalar aparılır.