DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, yabanı halda bitmiş çətənə kolları məhv edilmişdir

31.07.2007

Gədəbəy rayonunun Yenikənd kənd sakini Eldəniz Bayramov 20 qram marixuananı könüllü olaraq polisə təhvil vermişdir. Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ona narkotik vasitəni satmış Mutudərə kənd sakini Altay Məmmədov tutulmuşdur. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Balakən RPŞ əməkdaşları Gülzanbinə kəndinin ərazisində 4 hektar sahədən yabanı halda bitmiş, çəkisi 11,7 ton olan 4690 ədəd çətənə kollarını yığaraq məhv etmişlər. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nizami RPİ əməkdaşları tərəfindən Ağcabədi rayon sakini Təyyar Nərimanov 0,787 qram heroini satarkən tutulmuş, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mais Nəcəfovdan 0,255 qram heroin, Ağsu RPŞ əməkdaşları rayon sakini, əvvəllər məhkum olunmuş Ələsgər Əsgərovdan 21,53 qram marixuana, Xaçmaz RPŞ əməkdaşları Ordubad rayon sakini Aydın İsgəndərovdan 0,211 qram heroin götürmüşlər.