DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdir

30.07.2007

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Ucar RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Saləddin Orucovdan 2 kiloqram 47 qram marixuananın satarkən tutulmuşdur. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Yevlax RPŞ əməkdaşları Qaramanlı kəndinin ərazisində 0,17 sot sahədən yabanı halda bitmiş, çəkisi 656 kiloqram olan 1870 ədəd, Rüstəmli kəndinin ərazisində 0,26 sot sahədən yabanı halda bitmiş, çəkisi 975 kiloqram olan 2348 ədəd, Bərdə RPŞ əməkdaşları Qılınclı kəndi ərazisində 8,5 hektar sahədən yabanı halda bitmiş, çəkisi 6898 kq. olan 9855 ədəd çətənə kollarını yığaraq məhv etmişlər.