DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi

28.07.2007

Saat 19.00 radələrində Suraxanı rayonu ərazisində Bakı şəhər sakini Pünhan Zeynalovun idarə etdiyi "VAZ-2107" markalı və Qaraçuxur qəsəbə sakini Zülfüqar Qasımovun idarə etidiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə Z.Qasımov hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, Bakı şəhər sakinləri İmamverdi Mehdiyev, onun qızı Reyhan, habelə P.Zeynalov xəstəxanaya yerləşdirilmişlər. Suraxanı RPİ tərəfindən araşdırmalar aparılır.