Qaradağ rayonu Sahil qəsəbəsində yol-nəqliyyat hadisəsi
28.07.2007İyulun 29-na keçən gecə Qaradağ rayonu Sahil qəsəbəsində Bakı şəhər sakini Ramiz Babayev "Mercedes-220" markalı avtomaşını idarə edərkən, qəsəbə sakinləri Əkbər Əsgərovu və onun arvadı Rəhiləni vurmuşdur. Nəticədə Ə.Əsgərov və Rəhilə hadisə yerində ölmüşlər. Qaradağ RPİ tərəfindən araşdırmalar aparılır.