Ağcabədi şəhərində yol-nəqliyyat hadisəsi
23.12.2015Dekabrın 23-də saat 23 radələrində Ağcabədi şəhərində Laçın rayon sakini Bakir Rzayevin idarə etdiyi “Saipa” markalı avtomobillə rayon sakini Füzuli Məhərrəmovun idarə etdiyi “MTZ-80” markalı traktor toqquşmuşdur. Nəticədə B.Rzayevin sərnişinlərindən Lənkəran rayon sakini Umud Məcidov hadisə yerində ölmüş, özü və 2 sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.