DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
28.07.2007Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Əli Bayramlı şəhər sakini Əbülfət Nəcəfovdan 0,031 qram heroin, Sabunçu RPİ əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Etibar Məmmədovdan 0,28 qram heroin, Nəsimi RPİ əməkdaşları Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Novruz Rüstəmovdan 0,228 qram heroin, Hacıqabul RPŞ əməkdaşları rayon sakini, əvvəllər məhkum olunmuş Cavid Poladovdan 0,964 qram heroin götürmüşlər.