DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Elçin Əhmədova qarşı soyğunçuluq etmiş şəxslərdən biri tutulmuşdur

26.07.2007

İyulun 25-də saat 02.30 radələrində 2 naməlum şəxs Nəsimi rayonu A.Mustafayev küçəsində Bakı şəhər sakini Elçin Əhmədovun idarə etdiyi "Reno" markalı avtomaşına sərnişin qismində oturub bıçaqla onu həldələyərək saatını, mobil telefonunu və 20 manat pulunu almışlar. Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri, Mingəçevir şəhər sakini Ceyhun Həsənov tutulmuşdur.