Bərdə rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Mirzəalıbəyli kənd sakini Xəyal Əliyev vurulmuşdur
24.07.2007İyulun 20-də Bərdə rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Mirzəalıbəyli kənd sakini Xəyal Əliyev vurulmuşdur. Nəticədə X.Əliyev xəsarətlə xəstəxanaya yerləşdirilmişdir. Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "VAZ-2106" markalı avtomaşının sürücüsü, Şamaxı rayon sakini Yasin Beydullayev tərəfindən törədilməsi müəyyən edilmiş və o tutulmuşdur.