Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quba-Xaçmaz yolunun Zərdabi kəndi ərazisində yol-nəqliyyat hadisəsi

21.07.2007

Saat 14.30 radələrində Quba-Xaçmaz yolunun Zərdabi kəndi ərazisində Xaçmaz rayon sakinləri Ağacan Mikayılovun idarə etdiyi "Moskviç" markalı və Ağabəy Qasımovun idarə etdiyi "VAZ-2101" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış hər iki sürücü və A.Mikayılovun sərnişinləri Tahirə Seydəmirova, Firdovsi Eyyubov, habelə A.Qasımovun sərnişini, anası Fəzilə xəstəxanaya yerləşdirilmişlər. F.Eyyubov orada ölmüşdür. Quba RPŞ tərəfindən araşdırmalar aparılır.