Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağstafa şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

21.07.2007

İyulun 22-də saat 00.10 radələrində Ağstafa şəhəri ərazisində Qazax rayon sakini Şakir Abdullayev "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən, həmyerlisi Zabil Qurbanovun idarə etdiyi "YMZ" markalı traktorun qoşqusuna vurmuşdur. Nəticədə xəsarət almış Ş.Abdullayev və sərnişinləri Çərkəz Eyvazov və İlham Qurbanov xəstəxanaya yerləşdirilmişlər. Ç.Eyvazov orada ölmüşdür. Ağstafa RPŞ tərəfindən araşdırmalar aparılır.