DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
21.07.2007İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tircan kənd sakini Hakim Abbasovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 65,19 qram olan 4 ədəd kənaf kolu aşkar edilərək götürülmüşdür. H.Abbasovun evinə baxış zamanı 160,21 qram marixuana aşkar edilərək götürülmüşdür. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Lənkəran rayon sakini Mais Məmmədovdan 0,65 qram tiryək, Rusiya Federasiyası vətəndaşı Əbülfət Yusifovdan 0,247 qram heroin, Bakı BPİ Metropolitendə Polis Şöbəsi əməkdaşları Qazax rayon sakini Rasim məmmədovdan 0,262 qram heroin, Sabunçu RPİ əməkdaşları Bakı şəhər sakini Elnur Əliyevdən 0,314 qram heroin götürmüşlər.