Cəlilabad rayonunun Alar kəndində yol-nəqliyyat hadisəsi
20.07.2007İyulun 21-də saat 01.00 radələrində Cəlilabad rayonunun Alar kəndində Masallı rayon sakini Abbasəli Əbdülhəsənov "VAZ-21074" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən «T-40» markalı traktora vurmuşdur. Nəticədə A.Əbdülhəsənov hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, arvadı Gülbəniz, qohumları Kənan Əbdülhəsənov, Samirə Əkbərova, Rəhilə Əbdülhəsənova və Zəhra Əbdülhəsənova xəstəxanaya yerləşdirilmişlər. Z.Əbdülhəsənova orada ölmüşdür. Cəlilabad RPŞ tərəfindən araşdırmalar aparılır.