İdarə etdiyi avtomaşınla Gülayə Qasımovanı vurub hadisə yerindən qaçmağa cəhd göstərərkən İsmayıl Kazımov tutulmuşdur
18.07.2007Saat 09.30 radələrində Nəsimi rayonu M.Axundov küçəsində Bakı şəhər sakini İsmayıl Kazımov idarə etdiyi "Mercedes" markalı avtomaşınla Bakı şəhər sakini Gülayə Qasımovanı vurub hadisə yerindən qaçmağa cəhd göstərərkən DİN Baş Mühafizə İdarəsi və Nəsimi RPİ əməkdaşları tərəfindən tutulmuşdur. G.Qasımova xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır. Araşdırmalar aparılır.