İtkin düşmüş Gəncə şəhər sakini Namiq Həsənovun qətlə yetirmiş iki nəfər tutulmuşdur
15.07.2007Gəncə şəhər sakini, 1965-ci il təvəllüdlü Namiq Həsənovun iyulun 1-də itkin düşməsi faktı ilə əlaqədar Kəpəz RPŞ və Samux RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onun iyunun 20-də Samux rayonunun Çobanabdallı kəndində, kənd sakini, əvvəllər məhkum olunmuş Eldəniz Zeynalov və Gəncə şəhər sakini Mahir Əhmədov tərəfindən münaqişə zəminində bıçaq və tüfəngdən atəş açmaq yolu ilə qətlə yetirilməsi, cəsədinin isə su quyusuna atılması müəyyən edilmişdir. E.Zeynalov və M.Əhmədov tutulmuş, onlardan 1 ədəd "Vinçester" markalı tüfəng və 1 ədəd bıçaq götürülmüşdür.