Bakı-Astara yolunun Salyan rayonunun Sarvan kəndi ərazisində ol-qəza hadisəsi
04.07.2005Bakı-Astara yolunun Salyan rayonunun Sarvan kəndi ərazisində Bakı şəhər sakinləri Alim Rəhmətovun idarə etdiyi «BMW» markalı və Nəriman Həsənovun idarə etdiyi «Tofaş» markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə hər iki sürücü və N.Həsənovun sərnişinləri, Salyan rayon sakinləri Rəhimə Məmmədova və Əliabbas İmanov hadisə yerində ölmüş, N.Həsənovun digər sərnişini, Salyan rayon sakini Günel Məmmədova və A.Rəhmətovun sərnişinləri, Bakı şəhər sakinləri Asəf Bayramov, Vüqar Qiyasov və Azər Hüseynov xəsarətlə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.