Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Saatlı rayon sakini İlham Bəkirov yerləşdirildiyi xəstəxanada ölmüşdür
07.09.2015Cari il avqust ayının 29-da Sabirabad rayonunun Xəlfəli kəndində rayon sakini Səfər Əsədov idarə etdiyi “QAZ-3129” markalı avtomobillə yolu keçən Saatlı rayon sakini İlham Bəkirovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş İ.Bəkirov sentyabrın 7-də orada ölmüşdür.
Araşdırma aparılır.