Sabirabad rayonunda narkotiklərlə bağlı dörd nəfər tutulmuşlar
23.08.2015Avqustun 22-də Sabirabad RPŞ əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Vəlixan Rəhimovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmkəndlisi Elməddin Əkbərovla birgə kultivasiya yolu ilə 40 ədəd çətənə kolu yetişdirməsi, habelə həmin çətənə kollarının rayon sakinləri Cavid Babayev və Nuhəli Rzayev tərəfindən oğurlanması və Bayram Hüseynova verilməsi də müəyyən edilmişdir. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə E.Əkbərov, C.Babayev və N.Rzayev də tutulmuşlar.