Şəmkir rayon sakini Esmira Abdullayevanı idarə etdiyi avtomaşınla vurub qaçmış Azər Hacıyev tutulmuşdur
02.07.2007Saat 23.50 radələrində Şəmkir rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Esmira Abdullayeva vurulmuşdur. Nəticədə E.Abdullayeva hadisə yerində ölmüşdür. Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni idarə etdiyi "Mercedes" markalı avtomaşınla törətmiş rayon sakini Azər Hacıyev tutulmuşdur.