Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Tovuz rayonu ərazisində yol-nəqliyyat hadisəsi

02.07.2007

Saat 18.30 radələrində Tovuz rayonu ərazisində Qazax rayon sakini Gündüz İbrahimovun idarə etdiyi "Mercedes" markalı və Tovuz rayon sakini Vidadi Mustafayevin idarə etdiyi "QAZ-2410" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə G.İbrahimovun xəsarət almış sərnişinləri, Ordubad rayon sakinləri Şəlalə Tağıyeva, Ramin Tağıyev, 2004-cü il təvəllüdlü Fərqanə Tağızadə və onun bacısı, 2006-cı il təvəllüdlü Zümrüd, habelə V.Mustafayevin sərnişini, Tovuz rayon sakini Elbrus İbrahimov xəstəxanaya yerləşdirilmişlər. E.İbrahimov orada ölmüşdür.