Gün ərzində respublikada 12 cinayət faktı qeydə alınmışdır
03.07.2005Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 12 cinayət faktı qeydə alınmışdır ki, onların da 8-i «isti izlər»lə açılmışdır. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır. Gün ərzində 7 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 7 nəfər tutulmuşdur. Astara rayonunun Seləkəran kəndində, kənd sakni Vidadi Məmmədov «M-412» markalı avtomaşını idarə edərkən, atası Böyükağanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Böyükağa orada ölmüşdür