Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 16 cinayət faktı qeydə alınmışdır

01.07.2007

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 16 cinayət faktı qeydə alınmışdır ki, onların da 12-i "isti izlər"lə açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 4 nəfər ölmüş, 18 nəfər isə yaralanmışdır. - 3 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər yaralanmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 23 nəfər tutulmuşdur.