Xanlar rayonunun Aşıqlı kəndində yol-nəqliyyat hadisəsi
01.07.2007Saat 16.30 radələrində Xanlar rayonunun Aşıqlı kəndində, Gəncə şəhər sakini İlahə Əliyeva "VAZ-21074" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarət almış İ.Əliyeva və sərnişinləri, həmyerlisi Fərqanə Haqverdiyeva, Kəlbəcər rayon sakini Təmkin Seyidov və Yevlax rayon sakini Famil Məmmədov xəstəxanaya yerləşdirilmişlər. İ.Əliyeva orada ölmüşdür.