Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 13 cinayət faktı qeydə alınmışdır

02.07.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 13 cinayət faktı qeydə alınmışdır ki, onların da hamısı «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır. Gün ərzində 4 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 22 nəfər tutulmuşdur. Gədəbəy rayonunun Yeni Saratovka kəndində, kənd sakini Zakir Tomiyev ailə münaqişəsi zəminində arvadı Məlikəni boğaraq qətlə yetirmiş, sonra isə bıçaqla özünü öldürmüşdür.