Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, yabanı halda bitmiş çətənə kolları məhv edilmişdir

29.06.2007

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Goranboy RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağstafa rayon sakini Nazim Sadıqov 254,84 qram heroini Ağcabədi rayon sakinləri Elçin Hüseynov və onun qardaşı Şəmistana satarkən tutulmuşdur. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nəsimi RPİ 22-ci PB əməkdaşları Bakı şəhər sakini Bəxtiyar Bayramovdan 0,222 qram heroin, Mingəçevir ŞPŞ əməkdaşları şəhər sakini Qalib Həziyevdən 0,3 qram heroin, Salyan RPŞ əməkdaşları rayon sakini Vüqar Əsədovdan 1,938 qram tiryək götürmüşlər. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qəbələ RPŞ əməkdaşları Nic kəndinin ərazisində 6 hektar sahədən yabanı halda bitmiş, çəkisi 32,4 ton olan 108000 ədəd kənaf kolu, Daşkəsən RPŞ əməkdaşları Xoşbulaq kəndinin ərazisində 50 sot sahədən yabanı halda bitmiş, çəkisi 537 kiloqram olan 6500 ədəd, Ucar RPŞ əməkdaşları Çiyni kəndinin ərazisində 0,6 hektar sahədən yabanı halda bitmiş, çəkisi 346 kiloqram olan 694 ədəd çətənə kollarını yığaraq məhv etmişlər.