Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

28.06.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşları Astara rayon sakini Nüsrət Abbasovdan 4,212 qram heroin, Sabunçu RPİ 14-cü PB əməkdaşları Bakı şəhər sakini Bəhmən Zeynalovdan 7,85 qram marixuana, Əzizbəyov RPİ 2-ci PB əməkdaşları Bakı şəhər sakini Xəyal Əliyevdən 0,118 qram heroin, Yasamal RPİ 28-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hacıbala Mustafayevdən 0,85 qram tiryək, Xətai RPİ əməkdaşları Bakı şəhər sakini Əsabəli İsrafilovdan 0,208 qram heroin, Ələt qəsəbə sakini, əvvəllər məhkum olunmuş Eldar Məhərrəmovdan 1,71 kiloqram marixuana, Binəqədi RPİ 4-cü PB əməkdaşları Bakı şəhər sakinləri Dilşad Rəhimovadan 0,265, Vüqar Qasımovdan isə 0,233 qram heroin, Əli Bayramlı ŞPŞ əməkdaşları Bakı şəhər sakini Məmməd Musayevdən 0,16 qram heroin götürülmüşdür.