Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, yabanı halda bitmiş çətənə kolları məhv edilmişdir

26.06.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Naxçıvan MR DİN Narkotiklərlə Mübarizə Şöbəsi əməkdaşları Babək rayonunun Qahab kənd sakini Firəngiz Fərzəliyevadan 10,8 qram marixuana, onun evinə baxış zamanı isə 510,6 qram marixuana götürmüş, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Hüseynov 0,213 qram heroini satarkən tutulmuşdur. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şəki ŞRPŞ əməkdaşları 2-ci Biləcik kəndinin ərazisində 1 hektar sahədən yabanı halda bitmiş, çəkisi 13 ton olan 100 min ədəd çətənə kolunu yığaraq məhv etmişlər.