Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayonu Atatürk prospektində yol-nəqliyyat hadisəsi

22.06.2007

Saat 05:00 radələrində Nərimanov rayonu Atatürk prospektində Bakı şəhər sakini Qnyaz Həsənovun idarə etdiyi "VAZ-2106" markalı və Abşeron rayon sakini Həmidar Həşimovun idarə etdiyi "Pejo" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış H.Həşimov və Q.Həsənovun sərnişini, Bakı şəhər sakini Fuad Həsənov xəstəxanaya yerləşdirilmişlər. F.Həsənov orada ölmüşdür.