Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quba rayonunun Nügədi kəndinin ərazisində yol-nəqliyyat hadisəsi

22.06.2007

Saat 14:00 radələrində Quba rayonunun Nügədi kəndinin ərazisində, rayon sakini Elmar Həsənovun idarə etdiyi "VAZ-2106" markalı və Sumqayıt şəhər sakini Famil Şıxkərimovun idarə etdiyi "VAZ-2103" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə E.Həsənbəyovun sərnişini, Gədəbəy rayon sakini Əfqan Hüseynov hadisə yerində ölmüş, F.Şıxkərimovun xəsarət almış sərnişinləri, atası Daşdəmir və oğlu Akim xəstəxanaya yerləşdirilmişlər.