Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, yabanı halda bitmiş çətənə kolları məhv edilmişdir

22.06.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşları Lənkəran şəhər sakini Məmməd Mehdizadədən 3,118 qram tiryək, Nəsimi RPİ əməkdaşları Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Emin Xəlifəyevdən 0,98 qram tiryək, Kamal Məmmədovdan isə 0,198 qram heroin götürmüşlər. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Şəmkir RPŞ əməkdaşları Şəmkir rayonunun yaxınlığında 1,4 hektar sahədən yabanı halda bitmiş, çəkisi 3107 kiloqram olan 9560 ədəd, Şəki ŞRPŞ əməkdaşları Öyrət kəndinin ərazisində 0,5 hektar sahədən yabanı halda bitmiş, çəkisi 2,2 ton olan 22000 ədəd çətənə kollarını yığaraq məhv etmişlər.