Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, yabanı halda bitmiş çətənə və kənaf kolları məhv edilmişdir

20.06.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Bakı şəhər sakini Qürbət Sadıqovdan 0,219 qram heroin, DİN Baş Mühafizə İdarəsi əməkdaşları Yasamal RPİ əməkdaşları ilə birgə Bakı şəhər sakini Ələkbər Qasımovdan 0,451 qram heroin, Səbail RPİ 8-ci PB əməkdaşları Mingəçevir şəhər sakini Tahir Mənsimovdan 2,27 qram tiryək, Yasamal RPİ 26-cı PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Tağıyevdən 1,25 qram tiryək, Nəsimi RPİ 21-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Əliyevdən 0,214 qram heroin, Xətai RPİ 35-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Müzəffər Müzəffərovdan 0,231 qram heroin, Lənkəran ŞRPŞ əməkdaşları şəhər sakini Cavid Dadaşovdan 204,49 qram heroin, Mingəçevir ŞPŞ əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Təbriz Məmmədovdan 0,2 qram heroin, Neftçala RPŞ əməkdaşları rayon sakini, əvvəllər məhkum olunmuş Aydın Hüseynovdan 8,5 qram marixuana götürmüşlər. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İsa İsayevdən 2 kiloqram 700 qram marixuana götürülmüşdür. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Hakim Eynullayevdən 6,67 qram marixuana götürülmüşdür. H.Eynullayevin evinə baxış zamanı 1 ədəd nömrəsiz, lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərək götürülmüşdür. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Xanlar RPŞ əməkdaşları Sarı Su kəndinin ərazisində 10 hektar sahədən yabanı halda bitmiş, çəkisi 3,28 ton olan 10557 ədəd, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Goranboy RPŞ əməkdaşları Qaraçinar kəndinin ərazisində 0,3 hektar sahədən yabanı halda bitmiş, çəkisi 460 kiloqram olan 1115 ədəd, Qax RPŞ əməkdaşları Uzuntala kəndinin ərazisində 3,4 hektar sahədən yabanı halda bitmiş, çəkisi 11,09 ton olan 7318 ədəd, Zaqatala RPŞ əməkdaşları Yuxarıtala kəndi ərazisində 1 hektar sahədən yabanı halda bitmiş, çəkisi 1,7 ton olan 3800 ədəd çətənə, Oğuz RPŞ əməkdaşları Xaçmaz kəndinin ərazisində 10 hektar sahədən yabanı halda bitmiş, çəkisi 950 kiloqram olan 5432 ədəd kənaf, Dövlət Sərhəd Xidməti və Lerik RPŞ əməkdaşları rayon ərazisində 6 hektar sahədən yabanı halda bitmiş, çəkisi 2,8 ton olan 12350 ədəd xaş-xaş kollarını yığaraq məhv etmişlər.