Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr və çətənə kolları aşkar edilərək götürülmüşdür

19.06.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Səbail RPİ 9-cu PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Firudin Vahabovdan 2,45 qram tiryək, Yasamal RPİ 28-ci PB əməkdaşları Bakı şəhər sakini İlham Əhmədovdan 0,67 qram tiryək, Hacıqabul RPŞ əməkdaşları rayon sakini Elman Xəlilovdan 1,792 qram heroin, Salyan RPŞ əməkdaşları rayon sakini Mehman Qurbanovdan 1,234 qram tiryək götürmüşlər. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Yevlax RPŞ əməkdaşları rayon ərazisində yabanı halda bitmiş, çəkisi 1117 kiloqram olan 3183 ədəd, Samux RPŞ əməkdaşları rayon ərazisində 2 hektar sahədən yabanı halda bitmiş, çəkisi 3008 kiloqram olan 2800 ədəd, Oğuz RPŞ əməkdaşları rayon ərazisində 0,5 hektar sahədən yabanı halda bitmiş, çəkisi 475 kiloqram olan 945 ədəd çətənə kollarını yığaraq məhv etmişlər.