Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi

18.06.2007

Saat 03:00 radələrində Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində, Əli Bayramlı şəhər sakini Fərhad İsayevin idarə etdiyi "Qazel" markalı və Beyləqan rayon sakini Məhəmməd Məmmədovun idarə etdiyi "Kamaz" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə F.İsayevin sərnişini, Əli Bayramlı şəhər sakini Elman Qarayev hadisə yerində ölmüş, xəsarət almış F.İsayev isə xəstəxanaya yerləşdirilmişdir.