Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Əli Bayramlı şəhəri Çılpaqlı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

18.06.2007

Əli Bayramlı şəhəri Çılpaqlı qəsəbəsinin ərazisində, Salyan rayon sakini Əhməd Alışovun idarə etdiyi "Kamaz" markalı və Hacıqabul rayon sakini Orxan İmanzadənin idarə etdiyi "QAZ-24" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə O.İmanzadə və oğlu, 2004-cü il təvəllüdlü Fərid hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri, arvadı Fatimə, Əli Bayramlı şəhər sakinləri Davud Rzayev və Xuraman Alışova isə xəstəxanaya yerləşdirilmişlər.