Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr və çətənə kolları aşkar edilərək götürülmüşdür

18.06.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşları Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Bağırovdan 3,094 qram tiryək, Xətai RPİ əməkdaşları Bakı şəhər sakinləri Fuad Eyvazovdan 0,288 qram, Kamran Ağayevdən isə 0,212 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları şəhər sakini Mircamal Ağayevdən 0,213 qram heroin, Əli Bayramlı ŞPŞ əməkdaşları şəhər sakini İlqar Eminovdan 0,021 qram heroin, Biləsuvar RPŞ əməkdaşları Zəhmətabad kənd sakini Ceyhun Quliyevdən 0,198 qram heroin götürmüşlər. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Göyçay RPŞ əməkdaşları Mallı-Şıxlı kəndinin ərazisində 85 kvm sahədən yabanı halda bitmiş, çəkisi 474 kiloqram olan 1582 ədəd, Şəmkir RPŞ əməkdaşları rayon ərazisində 0,2 hektar sahədən yabanı halda bitmiş, çəkisi 120 kiloqram olan 920 ədəd, Ağdaş RPŞ əməkdaşları Aşağı Zeynəddin kəndinin ərazisində 2,3 hektar sahədən yabanı halda bitmiş, çəkisi 1,2 ton olan 1827 ədəd çətənə kollarını yığaraq məhv etmişlər.