Ötən il oktyabrın 6-da İsmayıllı rayon sakini A.Voropayevanın evindən pul oğurlamış V.Panfyorova tutulmuşdur
06.03.2015İsmayıllı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 6-da Anastasiya Voropayevanın evindən 3000 manatını oğurlamış İvanovka kənd sakini Vera Panfyorova tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2014-cü il noyabr ayında həmkəndlisi Qriqoriy Kobılyanskinin evindən 500 manat oğurlaması da müəyyən edilmişdir.