Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi
26.02.2015Fevralın 26-da saat 22 radələrində Sumqayıt şəhərində Culfa rayon sakini Mahir İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Elbrus Paşayevi vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.