Gün ərzində 24 cinayət faktı qeydə alınmışdır
15.06.2007- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 24 cinayət faktı qeydə alınmışdır ki, onların da 22-i "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 4 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır. - 4 yanğın hadisəsi qeydə alınmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 38 nəfər tutulmuşdur.