Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

15.06.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsi və Qax RPŞ əməkdaşları Lələli kəndinin ərazisində 2 hektar sahədən yabanı halda bitmiş, çəkisi 2 ton olan 7000 ədəd çətənə kolu yığılaraq məhv edilmiş, Balakən RPŞ əməkdaşları Hənəfi kənd sakini Sadıx Xipiyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 420 qram olan 5 ədəd çətənə kolu, evinə baxış xamanı isə 98 qram marixuana, Yasamal RPİ əməkdaşları əvvəllər məhkum olunmuş Məhərrəm Xaliqovdan 1,54 qram heroin, Xətai RPİ əməkdaşları Ramin Fərəcullayevdən 0,77 qram tiryək, Sumqayıt ŞPİ əməkdaşları şəhər sakini Ramil Mehdiyevdən 6,44 qram tiryək, Xaçmaz RPŞ əməkdaşları əvvəllər məhkum olunmuş Fərman Namazovdan 0,214 qram heroin, Cəlilabad RPŞ əməkdaşları Mahir Həsənovdan 1 ədəd ov tüfəngi və 0,503 qram heroin, Kəngərli RPŞ əməkdaşları Pərvanə Camalova və onun əri Muxtar Muxtarovdan 49,37 qram tiryək, 29,72 qram həşiş və 37,5 qram heroin götürmüşlər.