Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

14.06.2007

Saat 12:20 radələrində Sumqayıt şəhəri ərazisində, şəhər sakini Elsevər Mustafayevin idarə etdiyi "QAZ-3110" markalı və Kimyaçılar qəsəbə sakini Nadir Paşayevin idarə etdiyi "Mersedes-308" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə N.Paşayevin xəsarət almış sərnişinləri, Sumqayıt şəhər sakinləri Tahir Abışov, Vüsal Əkbərov, Zəminə Nəbiyeva, Svetlana Məmmədova və Ağakərim Həsənov xəstəxanaya yerləşdirilmişlər.